M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan) layihəsi çərçivəsində fortepiano üçün not məcmuələrini onlayn rejimdə təqdim edib.
Kitabxanadan bildirilib ki, məcmuələrə Asya Sultanovanın “Sonata”, “Sonatina”, Bayram Hüseynlinin “Dörd pyes” əsərləri daxil edilib.
Nəşr olunmuş məcmuələr bütün musiqi məktəblərinə və şəhər-rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəbəkələrinə göndərilib.