“Şərq-Qərb” nəşriyyatı (“Şərq-Qərb” ASC) uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə rəssam və animatorlar arasında yeni nağıl qəhrəmanı – müasir simvolik personajın yaradılması üzrə müsabiqə elan edir.

Yeni nağıl qəhrəmanı yaradılarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara bənzəməməlidir;

uşaqlar tərəfindən sevilməli, onlarda müsbət emosiyalar yaratmalıdır;

nağıllarda, ssenarilərdə, filmlərdə, animasiya filmlərində, televiziya verilişlərində və sosial şəbəkələrdə əsas obraz kimi çıxış etmək üçün yararlı və universal olmalıdır.

Təqdim edilən əsərlər tanınmış münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 3 yer üzrə mükafatlandırılacaq:

I  yer: 3000 AZN (1 nəfər)

II yer: 1000 AZN (2 nəfər)

III yer: 500 AZN (3 nəfər)

Əsərlər elektron formatda musabiqe@sharq-qarb.az ünvanına  və ya kağız (çap) şəklində Bakı ş., Aşıq Ələsgər küçəsi 17, “Şərq-Qərb” ASC ünvanına göndərilməlidir. Müəllif haqqında qısa məlumat (ad, soyad, atasının adı, ünvan və əlaqə nömrələri) əlavə edilməlidir.

Əsərlərin qəbulu oktyabrın 15-ə qədər davam edəcək. Müsabiqənin nəticəsi noyabr ayında elan olunacaq.