“Sonuncu” qısametrajlı bədii filmi 24-28 oktyabr tarixində Livanın paytaxtı Beyrutda keçiriləcək “Beş günə beş il” beynəlxalq festivalında nümayiş etdiriləcək. Filmin nümayişi 26 oktyabr tarixində baş tutacaq.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta Films” şirkətinin birgə istehsalı olan ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
Azərbaycan Kann kinofestivalında qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında ilk dəfə məhz bu filmlə təmsil olunub.
Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.
Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar