Ukraynada avqustun 17-də başlayan beynəlxalq rəsm sərgisində azərbaycanlı rəssamın əsərləri də yer alıb. Soydaşımız Əsgər Cavadov Ukraynanın Vinnitsa şəhərində reallaşan ənənəvi rəsm sərgisində iştirak etmək üçün keçirilən müsabiqədə qalib olub.
Avqustun 27-dək davam edəcək beynəlxalq rəsm sərgisində 25 rəssamın əl işləri nümayiş etdirilir. Pandemiya şəraiti ilə bağlı 16 iştirakçı onlayn şəkildə müsabiqəyə qatılıb. Ukrayna, Azərbaycan, Çin və ABŞ-dan rəssamların əsərləri sərginin sonunda qiymətləndiriləcək və qaliblər müəyyən olunacaq. Həmçinin iştirakçıların əsərlərindən ibarət kataloq nəşr olunacaq.
Ukrayna Mədəniyyət Nazirliyi və Vinnitsa Vilayət Administrasiyasının birgə təşkil etdiyi beynəlxalq rəsm sərgisi açıq havada keçirilir.