Qazaxıstanın Türküstan şəhərində türk ədəbiyyatının böyük sufi şairlərindən olan Xoca Əhməd Yəsəvinin (1093-1166) qəbri üstündə ucaldılmış məqbərənin bərpası başa çatıb.
Üç il davam edən bərpa prosesində günbəzin tarixi görünüşü olduğu kimi qorunub saxlanılıb. Xoca Əhməd Yəsəvinin məqbərəsinin bərpası UNESCO ilə razılaşdırılaraq həyata keçirilib.
Mövcud pandemiya ilə bağlı karantin başa çatdıqdan sonra məqbərə turistlərin ziyarətinə açılacaq.
Qeyd edək ki, dünya şöhrətli mütəfəkkir Xoca Əməd Yəsəvinin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun dünya yaddaşı proqramı tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Əmir Teymur tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya irs siyahısına daxildir.