Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi tərəfindən bu ilin iyul ayında Ermənistan hərbi qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində hücumlarının qarşısını alarkən qəhrəmancasına həlak olmuş hərbçilərin xatirəsinə həsr olunmuş musiqili kompozisiya hazırlanıb.
Döyüşlərdə şəhid olan hərbçilərimizin, o cümlədən şəhid general-mayor Polad Həşimovun igidliyini tərənnüm edən “Paşam, hey!” adlı musiqili kompozisiyasının bəstəkarı Xalq artisti Faiq Sücəddinov, sözlərin müəllifi şair, millət vəkili Musa Urud (Quliyev), layihənin rəhbəri jurnalist Aygün Muradxanlıdır. Mahnını keçmiş hərbi diktor, hərbi mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı oxuyur.