Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış-sərgisi keçiriləcək. Sərgiyə qatılmaq üçün son müraciət tarixi 30 avqustdur.
İştirak etmək istəyən yaradıcı şəxslərdən 2 əsərin fotosunu, əsər və özü haqda məlumatı, əlaqə nömrəsi ilə birlikdə resmqalereya@gmail.com elektron adresinə göndərməyi xahiş olunur. Əsərlər peşəkar komissiya tərəfindən seçiləcək.
Onlayn satış-sərginin Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izlənilməsi nəzərdə tutulur.