Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli Musiqi məktəbinin şagirdləri “Cənub rapsodiyası” Beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak ediblər. Onlayn müsabiqə “Performans” Beynəlxalq Prodüser Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

İsveç, Rusiya, Bolqarıstan, Şimali Makedoniya, İran və Macarıstandan da iştirakçıların olduğu müsabiqədə məktəbin şagirdləri yüksək yerlərə layiq görülüblər. Tunar İsmayılzadə (fortepiano, müəllimə Aygün Ələkbərova), Zərintac Qurbanzadə (kamança, müəllimə Məhbubə Ələkbərova), Elvin Rəhimov (klarnet, müəllim Zaman Həsənov), Aygün Baratzadə (fortepiano, müəllimə Aygün Ələkbərova), İbrahim Qasımov (xanəndə, müəllim Bəxşeyiş Mehdiyev) uğurla çıxış edərək müxtəlif kateqoriyalar üzrə  Qran-pri mükafatını qazanıblar. Sevil Osmanova isə (fortepiano, müəllimə Aygün Ələkbərova) I yerə layiq görülüb.