Avstraliyanın “Qantas Airways” şirkəti koronavirus pandemiyasına görə daha 2400 əməkdaşını ixtisar edəcək.

Bu barədə şirkət rəhbərliyi avqustun 25-də bəyan edib. Avstraliyanın aparıcı aviaşirkətində planlaşdırılan ixtisarların təqribən 6000 nəfəri əhatə edəcəyi barədə hələ iyun ayında elan olunub. Bu isə ixtisarın şirkət əməkdaşlarının təqribən beşdə birini əhatə edəcəyi deməkdir.

Həmin işçilərin əsasən, aeroportlarda baqajın işlənməsi, Sidney aeroportu yaxınlıqdakı obyektlərdə müştəriləri və əməkdaşları daşıyan avtobus xidmətindən seçiləcəyi qeyd edilir.

“Qantas Airways Ltd.” şirkətinin daxili bazar üzrə bölməsinin rəhbəri Endrü Devid bildirib ki, pandemiya aviasiya sahəsinin nə vaxtsa qarşılaşdığı ən böyük problemə çevrilib. Hazırda daxili uçuşlar pandemiyaya qədər olan dövrdəkinin yalnız 20 faizini təşkil edir.

“Yerüstü əməliyyatlar üzrə işin digər mütəxəssislərə verilməsi il ərzində istismar xərclərini 100 milyon dollara qədər qənaət etməyə imkan yaradacaq”, - deyə bölmə rəhbəri bildirib.

Qeyd edək ki, şirkətdə ixtisarların olacağı aviadaşıyıcının 2,7 milyard Avstraliya dolları (1,9 milyard ABŞ dolları) məbləğində ziyana düşməsi barədə xəbərin yayılmasından sonra edilib.