Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust tarixindən karantin rejimində növbəti yumşalma çərçivəsində muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.
Sentyabrın 2-dən ziyarətçiləri qəbul etməyə başlayan Azərbaycan Milli Xalça Muzeyi, həmişə olduğu kimi, balaca dostlarını da sevindirməyə davam edir.
Muzeydən bildirilib ki, hər həftənin IV günü saat 16:30-da muzeyin Uşaq şöbəsi tərəfindən “Cırtdan” kölgə teatrı göstəriləcək. Tamaşa surdo tərcümə ilə müşayiət olunacaq.
Muzeydə mövcud karantin qaydalarına, sanitar normalara və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, tamaşaya 10 nəfərdən çox olmayan qruplar buraxılır.