Mədəniyyət və Turizm Nazirliyi bu ay Azərbaycanı iki ölkədə keçiriləcək beynəlxalq turizm sərgisində təmsil edəcək. Birinci sərgi Avstriyada, ikinci isə Mərakeş Krallığında baş tutacaq.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsindən aldığımız məlumata görə, Avstriyada keçiriləcək sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün  lövhələr icarəyə götürülüb. Bu lövhələrdə ərəb, ingilis və alman dillərində ölkəmizin turizm imkanlarını əks etdirən reklam-çap məhsulları yerləşdiriləcək.


Qeyd edək ki, birinci sərgidə Mədəniyyət və Turizm Nazirliyini Turizm İdarəsinin Analitik təhlil və proqram təminatı şöbəsinin aparıcı məsləhətçisi Günay Fərədova və Daxili turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, ikinci sərgidə isə  Marketinq və təbliğat sektorunun müdiri Səbinə Kərimova və Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Rəhman Oruclu təmsil edəcək.

FƏXRİYYƏ