Rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir mükafat qazanıb. Ekran əsəri “Mirabilia İnternational Film Awards 2020” (İtaliya) adlı onlayn festivalın “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
“Mirabilia İnternational Film Awards” internet (“Facebook” və “Youtube” sosial şəbəkələri) üzərindən reallaşan yeni bir layihədir. Festivalın “Facebook” səhifəsində verilən məlumata görə, onlayn festivalın hər iki aydan bir nəticələri elan olunacaq.
“Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilib. Müxtəlif səviyyəli festivallarda 40-dan çox mükafata layiq görülüb.