Azərbaycan müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq sərgilərin daimi iştirakçısına çevrilib. Mədəniyyət və Turizm Nazirliyi ölkəmizi demək olar ki, bütün sərgilərdə təmsil edir. Fevral ayı ərzində də bir neçə böyük sərgidə iştirak edəcəyik. Nazirliyin Turizm Şöbəsinin Marketinq və təbliğat sektorunun müdiri Səbinə Kərimovanın qəzetimizə verdiyi məlumata görə, yanvarın 29-dan fevralın 1-dək İspaniyanın Madrid şəhərində beynəlxalq turizm sərgisi keçiriləcək. Azərbaycan bu ölkədə sərgilərdə artıq bir neçə ildir ki, təmsil olunur. Sərgidə 26 kvadratmetrlik sahə icarəyə götürülüb. Həmin lövhədə ölkəmizin turizm potensialını əks etdirən reklam-çap məhsulları yerləşdiriləcək.

İkinci böyük sərgi 6-8 fevral tarixlərində “Baltur-2009” adı ilə Latviyanın paytaxtı Riqa şəhərində baş tutacaq. Madriddə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Marketinq və təbliğat sektorunun məsləhətçisi Cəmil Məlikov və Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun məsləhətçisi Bəxtiyar Qılıcov, Riqa sərgisində isə Daxili turizmin inkişafı sektorunun müdiri Zakir Əliyev və Beynəlxalq turizm sahəsinin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov təmsil edəcək.

FƏXRİYYƏ 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar