Səbəb dünyada baş verən iqtisadi böhrandır
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirdi ki, dünyada baş verən iqtisadi böhran turizm sahəsinə də müəyyən zərbə vurub. 2007-ci ildə dünya üzrə turist axınında 6-7 faiz artımın olduğunu deyən nazirin sözlərinə görə, keçən ilin sonunda iqtisadi böhranın vurduğu zərbə bu rəqəmi 2-3 faizə endirib: «Bu səbəbdən bu il dünya turizminin 2-3 faiz inkişaf edəcəyi nəzərdə tutulur”. Ə.Qarayevin sözlərinə görə, bu böhran Azərbaycana gələn turistlərin sayına da təsir göstərəcək. Keçən ilin sonunda Azərbaycana bu il ərzində gələn turistlərin sayında çox böyük artımın baş verəcəyi və bu göstəricinin ilkin mərhələdə 17 faiz olacağı proqnozlaşdırılsa da, bu il ölkəyə turist axınında yalnız 10-12 faizlik artımın olacağı nəzərdə tutulur: “Əlbəttə ki, bu il 17 faizlik göstəricini əldə etməyə çətinlik çəkəcəyik. Baş vermiş iqtisadi böhran xarici ölkələrdə yaşayan insanların maddi durumlarına ciddi təsir göstərib, ona görə də istər-istəməz turist səyahətləri məhdudlaşacaq”.
Nazir hesab edir ki, Azərbaycanda beynəlxalq tədbirlər keçirmək və ölkənin turizm potensialının reklamını gücləndirməklə turist axınını artırmaq olar və nazirlik də buna nail olmağa çalışacaq.