Milli Azərbaycan Tarixi Muzeyində “Bu, mənim Vətənimdir!” adlı fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
Muzeydən bildiriblər ki, tədbir karantin qaydaları nəzərə alınmaqla, məhdud iştirakçı (10 nəfər) sayı ilə keçirilib.
Qaliblərə Milli Azərbaycan Tarixi Muzeyi, “İrs” jurnalı və Azərbaycan Fotoqraflar Birliyi adından mükafatlar təqdim olunub.
Müsabiqədə hər nominasiyada ilk beşlikdə yer tutan fotolar “İrs” və “Azerbaijan Airlines” jurnallarında, həmçinin “İrs Publishing House” nəşriyyat evinin “İrs-Heritage-Nasledie” seriyası üzrə çap edilən kitablarında dərc olunub.
Müsabiqənin münsiflər heyətinə Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrin rəhbərlik edib.