Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 10-11 fevral tarixində Küveyt dövlətinə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında” saziş imzalanb.
Sazişi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Küveyt tərəfdən isə ticarət və sənaye naziri və Milli Məclis işləri üzrə dövlət naziri Əhməd Yaqub Bağır əl-Abdullah imzalayıblar.
Qeyd olunan sənədin imzalanması Azərbaycan və Küveyt arasında turizm sahəsində mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsinə təkan verəcək.