Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş yeni layihəyə start verilib.
Layihə çərçivəsində Azərbaycanın üç tanınmış tenoru bir araya gəlib. Bəstəkarın “Sevgili canan” əsəri Xalq artisti Samir Cəfərov, əməkdar artistlər Ramil Qasımov və Fərid Əliyevin ifasında tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
“Üç tenor” layihəsini həyata keçirməkdə məqsəd Azərbaycanın musiqi mədəniyyətini, klassik musiqi nümunələrini dünyada tanıtmaqdır. Layihədə dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alır.
LALƏ