Azərbaycan xalqının igid övladı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq silsilə tədbirlər davam etdirilir.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əhmədiyyə Cəbrayılova həsr olunmuş “İki ölkənin qəhrəmanı” adlı sənədli film çəkilib. Film Azərbaycan, rus və fransız dillərində hazırlanıb. Ssenari müəllifi və rejissoru Teymur Nəcəfzadə, məsləhətçisi İlham Abbasovdur. Filmi Azərbaycan dilində Elşən Rüstəmov, fransız dilində Jilian Chanpendis və rus dilində Vladislav Kupryaşın səsləndiriblər.
Sənədli filmi Gənclər və İdman Nazirliyinin “Facebook” və “YouTube”dakı səhifələrində izləmək mümkündür.