Türkiyə turizmi son illərdə ən sürətlə inkişaf edən sektora çevrilib. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin statistik göstəricilərinə görə, 2008-ci ildə ölkəyə 26.336.677 turist gəlib.
  
   Türkiyənin dünya turizmində ilk 10 ölkə sırasına daxil olmağı bacardığını bildirən Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri Melda Araz bunları söylədi: “2008-ci ildə turist qəbul edən və yüksək gəlir əldə edən ölkələr sırasında 8-ci yeri tuta bildik. Dünyanın bir çox ölkələri fərqli səviyyələrdə özlərini dünyaya tanıtmağa, dünya turizmindən pay almağa çalışır. Bu il dünyada baş verən maliyyə böhranı ilə əlaqədar İspaniya, İtaliya və Yunanıstan kimi önəmli turizm ölkələrində sıxıntı yaşandı. Türkiyə isə ümumdünya artım göstəricisindən 5 qat artıq bir göstəriciyə sahib oldu”.
   2008-ci ildə Türkiyəyə gələn turistlərin sayı bundan əvvəlki illərə nisbətən 12.83 faiz artıb. Türkiyədə istirahət etməyi seçənlər sırasında 4.415.425 turistlə Almaniya 1-ci oldu. Onun ardınca 2.879.278 turistlə Rusiya Federasiyası, 3-cü yerdə isə 2.169.924 turistlə İngiltərə sırada yer tutdu Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 459.593 nəfər oldu. 2007-ci ildə Türkiyəyə 434.577 turist göndərən Azərbaycan, 2008-ci ildə 25 min artımla Türkiyəyə ən çox turist göndərən ölkələr sırasında 14-cü yerdədir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar