Azərbaycanlı dirijor Yalçın Adıgözəlzadə Yekaterinburq filarmoniyasının kamera zalında çıxış edib. "Üç dirijor - orkestrin üç halı" adlanan bu layihədə Çaykovski adına Böyük Simfonik Orkestrin baş dirijoru, SSRİ xalq artisti Vladimir Fedoseyev, Litva və Novosibirsk filarmoniyalarının baş dirijoru Gintaras Rinkyaviçus da iştirak edib.
   Konsert proqramında Qara Qarayevin ("İldırımlı yollarla" baletindən ikinci süita və Puşkinin şeirlərinə bəstələdiyi iki romans) və Dmitri Şostakoviçin ("Bayram üverturası" və "Altıncı simfoniya") əsərləri səslənib.
   Əyalət televiziyasının qastrolun nəticələri əsasında hazırlamaqda olduğu veriliş aprelin 4 və 5-də efirə çıxacaq.