Yola saldığımız Novruz bayramı günlərində Naxçıvan Muxtar Respublikasına turist axını səbəbindən hotel və mehmanxanalarda boş yer olmayıb. Bayram tətili ilə əlaqədar, əksəriyyəti İran İslam Respublikasının vətəndaşı olan azərbaycanlılardan ibarət qrupların bölgəyə səfərləri regionda fəaliyyət göstərən hotellərdə bütün yerlərin tutulmasına səbəb olub. Ən çox turist sıxlığı isə Naxçıvan şəhərində olub.
   Analoji hal hər il mart ayının üçüncü ongünlüyündə müşahidə edilir və aprelin əvvəlinədək davam edir.
   Qeyd edək ki, hazırda Naxçıvan MR-də 22 hotel və mehmanxana fəaliyyət göstərir. Bunlardan 10-a yaxını Naxçıvan şəhərindədir.