Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində elan edilən “Mənim yay tətilim – 2020” Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
Müsabiqə rəssamlıq istedadı olan məktəblilərin bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilib.
Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər, 12-17 yaş) keçirilib. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.