Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, istedadlı rəssam Mir Azər Abdullayev igid döyüşçülərimizin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına, tariximizin təhrif olunmasına dair bir sıra əsərlər yaradıb.
Müəllif Qarabağ hadisələri və vətənpərvərlik mövzularında yaratdığı üç əsərini Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, tarixi faktları özündə əks etdirən bu rəsm əsərləri gənclərdə vətənpərvərlik tərbiyəsinin inkişafında böyük əhəmiyyətə malikdir.