Son bir ildə Bakıda və regionlarda hotellərin qiymətlərində 20-25 faiz ucuzlaşma var. Bunu mətbuata açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Bunu çox müsbət hal adlandıran nazirin dediyinə görə, hotellərin sayı artsa və xidmətin səviyyəsi yaxşılaşdırılsa, bu faiz də getdikcə artacaq: «Ölkədə nə qədər çox hotel olsa, qiymətlər də bir o qədər münasib olar. Çünki bu zaman rəqabət yaranır və nəticədə daha çox turist cəlb etmək üçün hotellər öz qiymətlərində endirimlər etməyə məcbur olacaqlar».
Qeyd edək ki, Azərbaycanda hazırda 300-dən yuxarı hotel lisenziya ilə fəaliyyət göstərir.
Fəxriyyə