Çinin Siçuan vilayətində yaşayan 14 yaşlı Ren Keyu dünyanın ən ucaboylu yeniyetmə oğlan kimi “Ginnesin rekordlar kitabı”na düşməyə namizəddir.
2,21 metr boyu olan Ren Keyu Leşan şəhərindəki orta məktəbin 9-cu sinif şagirdidir.
Qeyd edək ki, hazırda dünyada ən ucaboyulu yeniyetmə 2,159 metr boyu olan ABŞ vətəndaşı Kevin Brədford hesab olunur. Çinli yeniyetmənin adının “Ginnesin rekordlar kitabı”na salınması üçün müvafiq qeydiyyat prosesi gedir.
Ren Keyunun 3 yaşı olanda boyu 1,5 metr idi. Həkimlər onu Div xəstəliyi (qiqantizm) şübhəsi ilə müayinə etsələr də, uşağın böyümə hormonu ifrazının normal olduğu aşkarlanıb.
Bildirilir ki, yeniyetmənin boyunun belə hündür olması genetik faktorlarla bağlı ola bilər. Babasının və anasının boyu 1,9 metrdən çox, atasının boyu 1,8 metr, nənəsinin boyu isə 1,75 metrdir.
SƏBİNƏ