Göyçayda Xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək
   
   2010-cu il dekabrın 1-dən 3-dək Göyçay şəhərində Xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş «Deyilən söz yadigardır» V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək. 
   Müsabiqədə 18 yaşından 30 yaşınadək hər bir şəxs (dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin üzvləri) iştirak edə bilər. Fərdi şəkildə iştirak etmək istəyənlər yaşadıqları ərazidə, rayon (şəhər) mədəniyyət müəssisələrinin rəhbərlərinə müraciət etməlidirlər.
   Müsabiqə iki tur üzrə - seçim turu (2 gün) və final (1 gün) keçirilir. İştirakçılar müsabiqəyə qəzəl, şeir, mənzum şeir, poema, hekayə ilə bərabər Rəsul Rza poeziyasının nümunələrini də təqdim etməlidirlər.
   Seçim turunda iştirak edəcək ifaçıların anketləri şəhər (rayon) mədəniyyət və turizm şöbələri (idarələri) tərəfindən tərtib olunub, 2010-cu il il noyabrın 20-dək Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinə (Hökumət Evi, 309-cu otaq, tel. 493-06-03) təqdim olunmalıdır
   Qaliblər üçün aşağıdakı mükafatlar təsis edilib:
   I mükafat- 500 manat, I dərəcəli diplom;
   II mükafat- 300 manat, II dərəcəli diplom;
   III mükafat- 250 manat, III dərəcəli diplom;
   3 həvəsləndirici mükafat - hər biri 100 manat və diplom.
   Dövlət təşkilatları, ictimai və özəl təşkilatlar (birliklər) müsabiqənin qalibləri üçün xüsusi mükafatlar təsis edə bilərlər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar