Azərbaycan

7 noyabr 1877 – Aktyor, vokalçı Hənifə Həsən oğlu Terequlov (Məhəmmədhənifə Tanrıqulov; 1877-1942) Tiflisdə doğulub. Hacıbəyli qardaşlarının teatr truppasının, digər teatr cəmiyyətlərinin üzvü olub.

7 noyabr 1906 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1990) anadan olub. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.

7 noyabr 1905 – Teatr və kino rejissoru Şüa Nəsrulla oğlu Şeyxov (1905 – 27.1.1970) anadan olub. Gənc Tamaşaçılar, Füzuli Dram teatrlarında çalışıb. “Qəribə əhvalat”,  “Kölgələr sürünür” (İsmayıl Əfəndiyevlə birgə) və s. filmləri çəkib.

7 noyabr 1908 – Şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908 – 19.2.1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın tanınmış ədibi olub, özbək dilində əsərlər, ssenarilər yazıb, tərcümələr edib.

7 noyabr 1917 – Görkəmli bəstəkar, pianoçu, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 – 4.10.2000) Bakıda doğulub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.

7 noyabr 1917 – Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda anadan olub. “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Səməd Vurğun”, “Koroğlu”, “Babək” portretlərinin müəllifidir.

7 noyabr 1917 – Türkoloq alim, professor İren İsgəndər bəy qızı Məlikova (Melikoff; 1917 – 9.1.2009) Peterburqda doğulub. 1919-cu ildə ailəsi Fransaya köçüb. Fransada azərbaycanlı diasporunun tanınmış simalarından olub.

7 noyabr 1920 – Azərbaycanın ilk radio diktorlarından biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920 – 29.11.2010) Bakıda anadan olub. 1991-ci ilədək Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.

7 noyabr 1925 – Əməkdar incəsənət xadimi, teatr rəssamı Əyyub Səfər oğlu Fətəliyev (1925 - 21.4.2000) İrəvanda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib.

7 noyabr 1934 – Xalq artisti, tanınmış müğənni Oqtay Ağayev (1934 – 14.11.2006) Bakıda anadan olub. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.

7 noyabr 1940 – Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 – 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.

7 noyabr 1945 – Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva (1945 – 9.2.2018) Quba rayonunun Rustov kəndində anadan olub. Akademik Milli Dram Teatrında (1973-2011) çalışıb, televiziya tamaşalarında, filmlərdə (“Dantenin yubileyi”, “Təhminə” və s.) maraqlı obrazlar yaradıb.

7 noyabr 1979 – Tanınmış rejissor, aktyor Yusif Yulduz (Yusif Seyfulla oğlu Əliyev; 1905–1979) vəfat edib. Peşəkar təhsil alan ilk azərbaycanlı teatr rejissorlarındandır. Akademik Milli Dram, Opera və Balet, Gəncə, Quba və b. teatrlarda çalışıb. Filmlərdə çəkilib.

7 noyabr 1990 – Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (25.12.1906 – 1990) vəfat edib. Filmləri: “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) və s.

 

8 noyabr 1923 – Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 – 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının Estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.

8 noyabr 1930 – Bəstəkar, Əməkdar incəsənət xadimi Əfsər Bayram oğlu Cavanşirov (1930 – 20.5.2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xorunun yaradıcısı (1958) və bədii rəhbəri olub. Simfoniyalar, uşaq xoru üçün əsərlər yazıb.

8 noyabr 1939 – Kino xadimi, səs rejissoru və operatoru Ələkbər Əliheydər oğlu Həsənzadə (1939 – 1.7.2019) Bakıda doğulub. “Azərbaycanfilm”, “Lenfilm” kinostudiyalarında çalışıb, Rusiyanın Əməkdar incəsənət xadimi olub.

8 noyabr 1944 – Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.

8 noyabr 2018 – Xalq artisti, görkəmli aktrisa Amaliya Əliş qızı Pənahova (15.6.1945 – 2018) vəfat edib. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Filmlərdə yaddaqalan rollar oynayıb.

 

9 noyabr 1926 – Xalq rəssamı Davud Mehdi oğlu Kazımov (1926 – 14.2.2015) Bakıda doğulub. Rəngkarlıqla yanaşı, qrafika ustası kimi də tanınıb, bədii əsərlərə illüstrasiyalar çəkib. Əsərləri Milli İncəsənət, Ədəbiyyat muzeylərində nümayiş etdirilir. Dövlət Rəssamlıq Akademiyasının professoru olub.

9 noyabr 1973 – Xalq artisti, tanınmış aktyor Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 15.5.1899 –1973) vəfat edib. Akademik Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

9 noyabr 1994 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Salman oğlu Bayramov (11.12.1918 – 1994) vəfat edib. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.

 

Dünya

7 noyabr 1810 – Macar bəstəkarı, pianoçu və dirijor Erkel Ferens (Erkel Ferenc; 1810-1893) anadan olub.

7 noyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus; 1913 – 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.

 

8 noyabr 1837 – Gürcü yazıçısı, publisist, şair İlya Qriqoryeviç Çavçavadze (1837 – 12.9.1907) аnаdаn оlub. “Erməni alimləri və fəryad edən daşlar” adlı əsərində ermənilərin qonşu xalqların tarix və mədəniyyətinə qarşı saxtakarlıq cəhdlərini ifşa edib.

8 noyabr 1900 – Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell; 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.

 

9 noyabr 1818 – Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 – 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu, “Asya”, “Bahar suları” povestləri və s.

9 noyabr 1929 – Yəhudi əsilli macar yazıçısı, Nobel mükafatı laureatı (2002) İmre Kertes (1929 – 31.3.2016) anadan olub. Əsərləri: “Talesiz”, “Doğulmamış uşaq üçün kadiş” (kadiş – yəhudi duası) və s. II Dünya müharibəsində Osvensim və Buhenvald həbs düşərgələrinin məhbusu olub.

9 noyabr 1832 – Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau; 1832-1873) anadan olub.

Hazırladı:  Vüqar ORXAN