“Qremmi” musiqi mükafatının təşkilat komitəsi həssaslıq göstərərək “Oskar”dan sonra öz nominasiyasının adında dəyişiklik etmək qərarına gəlib. Mükafat komissiyası “Dünyada ən yaxşı musiqi albomu” nominasiyasını “Ən yaxşı qlobal musiqi albomu” adı ilə əvəzləyib.

Amerika Səsyazma Akademiyası tərəfindən təqdim edilən dəyişiklik 63-cü mükafatlandırmadan üç həftə əvvəl elan olunub. Məlumatda akademiya qərarını qlobal düşüncəyə riayət etmək istəyi və dünyanın hər bir tərəfindən musiqinin cəlb edilməsi ilə əlaqələndirib.

“Qremmi”nin “Dünyada ən yaxşı musiqi albomu” nominasiyası 1991-ci ildə elan edilib və bir il sonra ilk mükafatı amerikalı musiqiçi Mikki Hartın albomu qazanıb. Bu mükafata ən çox Braziliya sənətçiləri (5 dəfə), daha sonra ABŞ ifaçıları (4), Hindistan və Cənubi Afrika sənətçiləri (3), Fransa və Mali musiqiçiləri (2) sahib olublar.

Lalə AZƏRİ