İstanbulda Tarık Zəfər Tunaya Mədəniyyət Mərkəzində əslən Azərbaycandan - Qarabağdan olan tanınmış şair Yavuz Bülənt Bakilərin yaradıcılığına həsr olunmuş poeziya axşamı keçirilib. Türkiyənin Ədəbiyyat, Sənət və Mədəniyyət Araşdırmaları Dərnəyi ilə İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəni işlər şöbəsi tərəfindən təşkil edilən tədbirdə Yavuz Bülənt Bakilərin türk dünyası ölkələrinin poeziyasına xidmətlərindən danışılıb. Şair dinləyicilərin istəyi ilə “Azərbaycan ürəyimdə bir şah damardır” şeirini oxuyub.
Gecənin sonunda şairin Azərbaycana, mərhum şairimiz Bəxtiyar Vahabzadəyə həsr edilmiş şeirlərinin də daxil olduğu "Harman" ("Xırman") kitabı qonaqlara hədiyyə edilib.
Gecənin sonunda şairin Azərbaycana, mərhum şairimiz Bəxtiyar Vahabzadəyə həsr edilmiş şeirlərinin də daxil olduğu "Harman" ("Xırman") kitabı qonaqlara hədiyyə edilib.