Dünyaca məşhur aktyor Arnold Şvartsnegger kino karyerası dövründə ilk dəfə olaraq “Netflix” serialında rola təsdiqlənib. Serialın süjeti hələ dəqiq məlum olmasa da, aktyorun beynəlxalq casus rolunu oynayacağı bildirilir.

Serialda çəkilməsi ilə bağlı müqaviləni yay aylarında filmin prodüseri Nik Santora ilə bağlayan aktyor bu günə qədər “Skydance” studiyası ilə birlikdə məşhur “Terminator” və digər fantastik döyüş filmlərini ərsəyə gətirib. Serialın tarixi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, oktyabr ayının sonunda 73 yaşlı aktyor ürək əməliyyatı keçirib və bu barədə öz “İnstagram” səhifəsində məlumat verib. Lakin əməliyyatdan sonra da həkimlərin xəbərdarlığına baxmayaraq aktyor idman zalında məşqlərini dayandırmayıb.

LALƏ