Göytəpədə aparılacaq tədqiqatlarda Yaponiyanın Tokio Unversitetinin mütəxəssislərinin də iştirakı gözlənilir
   
   Tovuzun qədim Göytəpə yaşayış məskənində arxeoloji araşdırmalara başlanılıb. Qədim yaşayış məskəninin yeri indiki Aşağı Quşçu kəndinin ərazisinə düşür. Bu barədə mətbuata Azərbaycan Milli Elmlər Akademiyasının Tovuz Arxeoloji Ekspedisiya Komissiyasının sədri Sərhat Məmmədov məlumat verib. Yaşayış məskəni neolit dövrünə aiddir və Qafqazın ən qədim yaşayış yerlərindən hesab olunur. Yenicə başlanılan tədqiqatlar sentyabrda sona çatacaq. Komissiya sədrinin dediyinə görə, Yaponiyanın Tokio Unversitetinin mütəxəssislərinin də qədim yaşayış məskəninin araşdırılmasına köməyi gözlənilir: «Daha öncə Öysüzlü kəndində neolit dövrünə aid qədim yaşayış yerlərini, 4-cü minilliyə aid kurqan qəbirləri araşdırdıq və maraqlı əşyalar aşkarladıq. Burada da keçmişimizə aid dəyərli tapıntıları aşkarlayacağımızı güman edirik”.

   Fəxriyyə Abdullayeva