Siyahıya Afrika ölkələri başçılıq edir
   
   Bugünlərdə «RBC Rating» agentliyi turistlərin sağlamlığı baxımından dünyanın ən təhlükəli ölkələrinin adlarını açıqlayıb. Qeyd edək ki, reytinq ötən ilin yekunlarına əsasən tərtib olunduğundan H1N1 (donuz qripi) virusu ilə bağlı təhlükəli hesab olunan ölkələrin adları buraya daxil edilməyib. Siyahıya Benin, Qambiya, Kamerun, Efiopiya kimi Afrika ölkələri başçılıq edir. Bu ölkələrdə turistlərin həyatına real təhlükə törədə biləcək tropik malyariya, sarılıq kimi 20-dən çox xəstəlik tüğyan edir. Reytinqdə ilk 17 pilləni «qara qitə» təmsilçiləri tutur. Ümumiyyətlə isə 50 ölkə arasında məhz Afrika ölkələri əksəriyyət təşkil edir. Reytinqin ilk qeyri-afrikalı təmsilçisi 18-ci pillədəki Hindistandır. Siyahıda Şərq ölkələrindən Çin, İndoneziya, hətta Yaponiyanın da adlarına rast gəlmək mümkündür. Düzdür, sonuncunun belə bir reytinqdə yer alması çoxları üçün bir qədər gözlənilməzdir. Cənubi Amerika qitəsindən isə siyahıya Braziliya, Kolumbiya, Venesuela kimi ölkələrin adları salınıb.
   
   
   Yer:
   
   1. Benin - 24;
   2. Qambiya - 21;
   3. Kamerun - 20;
   4. Efiopiya - 21;
   5. Burkina-Faso - 20;
   6. Qabon - 20;
   7. Qana - 20;
   8. Qvineya - 20;
   9. Konqo - 19;
   10. Liberiya - 20;
   11. Malavi - 20;
   12. Fil Dişi Sahili - 19;
   13. Mali - 19;
   14. Syerra-Leone - 19;
   15. Toqo - 19;
   16. Uqanda - 19;
   17. Çad - 19;
   18. Hindistan - 16;
   19. Zair - 18;
   20. Keniya - 18;
   21. Seneqal - 17;
   22. Somali - 17;
   23. Tanzaniya - 18;
   24. Braziliya - 17;
   25. Fransız Qvineyası - 17;
   26. Anqola - 17;
   27. Zambiya - 17;
   28. Zimbabve - 17;
   29. Mozambik - 17;
   30. İran - 16;
   31. Çin - 14;
   32. Madaqaskar - 16;
   33. Niger - 16;
   34. Nigeriya - 16;
   35. Ruanda - 16;
   36. Sudan - 16;
   37. Venesuela - 15;
   38. Kolumbiya - 15;
    39. İndoneziya - 13;
   40. Qayana - 15;
   41. Panama - 14;
   42. Surinam - 15;
   43. Ekvador - 13;
   44. Yaponiya - 12;
   45. Kosta-Rika - 14;
   46. Banqladeş - 13;
   47. Vyetnam - 11;
   48. Pakistan - 13;
   49. Tayland - 11;
   50. Türkiyə - 13.

   
   
   Fəxriyyə Abdullayeva