Lisenziyasız fəaliyyət göstərən hotellərin fəaliyyəti dayandırılıb
Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 60-a yaxın hotelin fəaliyyəti dayandırılıb. Bu barədə mətbuata danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, sənədləşmə işləri aparılmasa, bu hotellərin fəaliyyətinə yay mövsümünün sonuna qədər icazə verilməyəcək.
Azərbaycanda 250-dən artıq hotelin Mədəniyyət və Turizm Nazirliyindən lisenziya aldığını deyən Ə.Qarayev, hazırda daha 60-a yaxın müraciətə baxıldığını vurğulayıb.
«Bu gün Azərbaycanda ulduz almış hotellərin sayı 70-dir. Nabranda fəaliyyət göstərən 2 hotel ulduz almaq üçün müraciət edib. Hazırda bu hotellərin müraciəti araşdırılır», - deyə nazir vurğulayıb.
Ə.Qarayev həmçinin cari ildə Azərbaycana gələn turistlərin sayında azalma olmadığını, əksinə, artımın baş verdiyini bildirib.