İngiltərədə yaşayan bir ailə evlərində nəsildən–nəslə ötürülən bir rəsmi ekspertizaya təqdim edərkən peyzajın bahalı bir əsər olduğu ortaya çıxıb.
Əsərin orijinallığı “Sworders” auksion evinin mütəxəssisləri tərəfindən təsdiq olunub. Peyzajın üzərində məşhur ingilis rəssamı Con Konstabelin adı ilə imzalanmış tarix həkk olunub.
İlk ekspertizada əsərin rəssamla heç bir əlaqəsi olmadığı bildirilib. Lakin mütəxəssislərin rəyinə şübhə edən rəsm sahibləri onu “Sworders” mütəxəssislərinə də göstərmək qərarına gəlirlər. Bir neçə nümunə və ekspertizadan sonra Con Konstabelin yeni bir əsərinin üzə çıxdığı elan olunur. Məlum olur ki, ailə həqiqətən rəssamın orijinal əsərinə sahibdir və üstəlik əvvəllər belə bir mənzərənin mövcudluğu barədə heç bir informasiya yox imiş. Mütəxəssislər əsərin eskiz olduğunu və eyni mənzərənin rəssamın 1811-ci ildə Kral Rəssamlıq Akademiyasında sərgilədiyi “Dedhem Vey, səhər çağı” adlı daha böyük həcmli əsərində təsvir olunduğunu təsdiqləyiblər. Dekabrda hərraca çıxarılacaq əsərə ilkin olaraq 150-200 min dollar qiymət qoyulub.
İngilis rəssamı C.Konstabel (1776-1837) doğulduğu əyalətin mənzərələrini təsvir etməklə tanınıb. Əsərləri kolleksiyaçılar arasında çox məşhurdur. Lakin rəssam öz həyatında elə də maliyyə uğuru qazanmayıb. O yalnız 52 yaşında Kral Rəssamlıq Akademiyasının üzvü olmuşdu. Rəsmlərinin əksəriyyətini vətəni İngiltərədə deyil, Fransada sata bilib.
LALƏ