Bunun üçün 35 sot torpaq sahəsi alınıb

   Azərbaycanın BBK turizm şirkəti Türkiyənin Muğla vilayətinin Bodrum qəsəbəsində iri torpaq sahəsi alıb. Türkiyənin mətbuatı xəbər verir ki, həmin ərazi Bodrumun turizm cənnəti sayılan Kisəbükü massivindədir. Daşınmaz əmlak ticarəti ilə məşğul olanlar 35 sot ərazinin qiymətinin milyardlarla dollara bərabər olduğunu bildirirlər. Alqı-satqı bu ilin iyun ayında həyata keçirilib. Türkiyənin Turizm Nazirliyinin regional şöbəsi ərazidə turizm və istirahət mərkəzinin qurulmasına icazə verib. Bu əraziyə indiyədək dünyanın milyarderləri sırasında adı olan Bill Qeyts, Roman Abromoviç özəl yaxtaları ilə gəliblər.
   Qeyd edək ki, BBK şirkətinin ortaqları arasında iş adamı və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov, iş adamları Anar Məmmədov, Əhməd Çolaqoğlu da var. 
   
   Fəxriyyə ABDULLAYEVA