Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 4387 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

3133 nəfər müalicə olunaraq sağalıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 154 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 93 411 nəfər müalicə olunaraq sağalıb, 1713 nəfər vəfat edib, aktiv xəstə sayı 59 028 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 321, ötən müddət ərzində isə ümumilikdə 1 865 512 test aparılıb.