Niyazinin mənzil-muzeyində “Klassik musiqi həvəskarları klubu”nun təşkilatçılığı ilə “Yeni ildə yeni arzularla” adlı konsert keçirilib.

Muzeyin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov 2025-ci ilin ilk tədbirinə toplaşanları salamlayıb.

Sonra vokalçı Sevinc İbrahimova və beynəlxalq müsabiqələr laureatı, hazırda təhsilini Estoniyada davam etdirən gənc pianoçu Şirin Əmiraslanovanın iştirakı ilə Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

***

Yanvarın 11-də isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və “İRƏLİ” İctimai Birliyinin mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Qara Qarayevin ev-muzeyində konsert proqramı təqdim olunacaq.

“Solo gənclik” layihəsi çərçivəsində reallaşacaq konsertdə gənc bəstəkar, pianoçu Aydan Əliyeva çıxış edəcək.