Təkcə iyul ayında Daşkəsənə 12000-dən çox turist gəlib. Bu turistlərin çoxu ailəvi istirahətə üstünlük verənlərdir. Bu barədə mətbuata Daşkəsən Rayon Mədəniyyət və Turizm şöbəsinin rəisi Elçin Quliyev məlumat verib.
Onun sözlərinə görə, avqustda turistlərin sayının daha da çoxalacağı gözlənilir. Ümumiyyətlə, rayonda dincələn yerli və əcnəbi turistlərin sayı 2 dəfə artıb. Bunun üçün yeni istirahət mərkəzlərinin yaradılması, hətta yaxın gələcəkdə 30-a yaxın kottecin inşası planlaşdırılır.
Fəxriyyə ABDULLAYEVA