Hazırda Gəncədə mehmanxanaların xidmətindən istifadə edənlərin sayında azalma müşahidə edilir. Şəhərdə fəaliyyət göstərən 10-a yaxın mehmanxanaların bəzilərində müştəri sayı 50 faiz azalıb. Gələnlərin çoxu da ölkə vətəndaşlarıdır. Lent.az-ın Gəncəbasar müxbirinin mehmanxana rəhbərlərindən əldə etdiyi məlumata görə, dünyadakı iqtisadi böhran əcnəbi turistlərin sayına təsir edib. Bu da mehmanxanalarda müştəri sayının azalmasının əsas səbəbidir. Hazırda gün ərzində təxminən 10 müştərinin üz tutduğu Gəncədəki mehmanxanalardan istifadə üçün qiymətlərə gəlincə, 30 manatdan başlayan qiymətlər 50 AZN-dək yüksəlir. Hətta şəhərin bəzi mehmanxanalarında 15 manata da yer tapmaq mümkündür.