Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi turist-ekskursiya xidmətləri üzrə yeni standartları təsdiq edib.
Birinci standartda AZS 369-2009 otel növləri, otel tipli obyektlər, həmçinin ümumi tələb və xidmətlər müəyyən olunub.
İkinci standart AZS 370-2009 təsnifatlandırmanı, turist marşrutlarının tərtibatına olan tələbləri müəyyən edir.
Üçüncü standart AZS 371-2009 isə turist-ekskursiya fəaliyyəti sahəsində standartlaşdırma sənədlərini hazırlayan təşkilatlara, həmçinin bu növ fəaliyyətlə məşğul olan müəssisələrə şamil edilir.
Bu standartlarla müəyyən olunmuş terminlərin turist-ekskursiya xidmətləri, standartlaşdırma, sertifikatlaşdırma sahəsində istifadə olunan sənədlərdə tətbiq edilməsi vacibdir.