“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planına əsasən Astara rayonunun ərazisindəki tarixi mədəniyyət abidələrində əsaslı təmir və bərpa işləri aparılacaq.
   Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsi tərəfindən rayonun Səncərədi, Təngərüd və Balaca Şahağac kəndlərində XIX əsrin mədəniyyət abidələri olan Ləmlərə (yay istirahət evlərinə) baxış keçirilib, eyni zamanda tarixi abidələrin əsaslı təmiri və bərpası ilə bağlı müvafiq sənədləşmə işləri aparılıb.
   Qeyd edək ki, gözəl memarlıq üslubunda ağac materiallarından inşa edilmiş ikimərtəbəli Ləmlər Astaraya gələn turistlərin diqqətini daha çox cəlb edən mədəniyyət abidələrindəndir.
   
  Fəxriyyə ABDULLAYEVA