Bu il oktyabrın 13-15-də Bakıda Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçiriləcək.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında bildirib ki, konfransa İslam ölkələri ilə yanaşı, Avropanın 10-dan artıq ölkəsinin mədəniyyət nazirləri də dəvət olunacaq. Konfrans çərçivəsində Avropa Şurası və İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masanın təşkil ediləcəyi də gözlənilir. Konfransın gündəliyi İSESKO tərəfindən hazırlanır və burada İslam mədəniyyətinin inkişafı, təbliği yolları, sülhsevər amallara xidmət etməsi və digər məsələlər müzakirə ediləcək.
   Tədbir çərçivəsində iştirakçı ölkələrin təmsilçilərinə Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələr haqqında da ətraflı məlumatlar veriləcək.
   
   Fəxriyyə ABDULLAYEVA