Azərbaycanın Cənubi Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bu ölkənin KBS telekanalının çəkiliş qrupu Bakıya gəlib.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən xəbərə görə, səfər çərçivəsində həmin telekanal tərəfindən hazırlanacaq bir saatlıq filmdə Azərbaycanın turizm potensialı, mədəni və tarixi abidələri haqqında geniş məlumatlar veriləcək.
   Film sentyabrın 19-da KBS kanalı ilə yayımlanacaq.
   Bu ekran əsəri Azərbaycanın turizm potensialının beynəlxalq səviyyədə nümayişinə və ölkəyə xarici turistlərin cəlb olunması prosesinə yeni təkan verəcək.
   
    Fəxriyyə ABDULLAYEVA