Azərbaycan ilk dəfə olaraq Fransada keçiriləcək “TOPRESA” Beynəlxalq turizm sərgisinə dəvət edilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsindən aldığımız məlumata görə, yeddi özəl turizm şirkətinin təmsilçilərinin də iştirak edəcəyi sərgidə Azərbaycanın 62,5 kvadratmetrlik stendi olacaq. Sərgiyə aparılacaq reklam-çap məhsulları vasitəsilə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və digər turizm obyektləri təbliğ olunacaq.
   Sərgi sentyabrın 22-dən 25-dək davam edəcək.

  Fəxriyyə