İspaniyada fəaliyyət göstərən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev bu ölkənin “COPE Espana” radiosuna müsahibə verib.

Müsahibədə Azərbaycanın 30 ildən artıq erməni işğalı altında qalmış əraziləri haqqında bəhs olunur, tamamilə yerlə yeksan olunmuş bu ərazilərdə tezliklə böyük quruculuq işlərinin başlanacağı diqqətə çatdırılır. F.Mustafayev Azərbaycanın tarixi ərazisi olan Qarabağın turizm potensialı barədə də məlumat verib. O, gələcəkdə bu yerlərin turizm mərkəzinə çevriləcəyini vurğulayaraq bildirib ki, Azərbaycanın dilbər guşələrindən olan Qarabağ ispan turistlər üçün də cəlbedici olacaq.