Azərbaycan bəstəkarlarının retro musiqilərinin müasir zövqü oxşayacaq yeni ifa tərzlərini ərsəyə gətirmək və gənc musiqiçiləri üzə çıxarmaq, həmçinin karantin dövründə yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirməyə imkan yaratmaq məqsədilə elan olunan “Notların möcüzəsi” adlı onlayn musiqi müsabiqəsi davam edir.

İstedadına güvənən gənclər- tələbələr, musiqi təhsili olmayan istedadlı ifaçılar həmçinin musiqi kollektivləri ölkənin istənilən yerindən onlayn şəkildə müsabiqəyə qatıla, musiqi alətlərində instrumental ifalarını nümayiş etdirə bilər. Müsabiqədə iştirak etmək istəyənlər öz ifalarını 2021-ci il yanvarın 24-dək videogörüntü şəklində musabiqe@uyd.az  elektron poçt ünvanına təqdim etməlidirlər.

Şərtlər və qaydalar haqqında daha ətraflı məlumatı müsabiqənin “Facebook” hesabından ( https://www.facebook.com/notlarinmocuzesi  ) əldə etmək olar.

Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən elan olunan müsabiqə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Notların möcüzəsi” gənc virtuozlar layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində, həmçinin Azərbaycan bəstəkar musiqilərinin sosial şəbəkə istifadəçiləri arasında təbliğ edilməsi məqsədilə musiqi animasiyalarının hazırlanması da nəzərdə tutulur.