Müsbət dinamika davam edir
Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 28-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.
Qeyd edək ki, dekabrın ikinci yarısından etibarən sağalma və yoluxma sayında müsbət dinamika davam edir. Bu müddətdə aktiv xəstə sayı 22 min nəfər azalıb.