Azərbaycan mədəniyyətinə ağır itki üz verib. 2020-ci ildə bu cümlə ilə başlayan yazılarımız da az olmadı. Mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri əbədiyyətə qovuşdu. İlin son günlərində onları da xatırlayaq...

8 yanvar – Tarix üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü  Vəli Hüseyn oğlu Əliyev  84 yaşında vəfat etdi.

9 fevral – Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Məmmədağa oğlu Dadaşov 76 yaşında vəfat etdi.

14 fevral –Dirijor, pedaqoq, Əməkdar Mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev  78 yaşında dünyasını dəyişdi.

29 fevral – Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası Ağaxan Əli oğlu Salmanlı ömrünün 78-ci ilində vəfat etdi.

12 mart – Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi Gülarə Məcidova (77 yaş), Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov (60 yaş) bu gündə dünyadan köçdülər.

16 mart – Xalq artisti, milli teatr və kino sənətinin tanınmış nümayəndəsi Rafael Məlik oğlu Dadaşov ömrünün 75-ci ilində vəfat etdi.

18 mart – Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu) 48 yaşında vəfat etdi.

26 mart – Əməkdar rəssam, Yuğ Teatrının baş rəssamı Rəşid Şerif (Həsənov) ömrünü 67-ci ilində başa vurdu.

27 mart – Xalq artisti, müğənni, “Qaya” kvartetinin məşhur solisti Rauf Yusif oğlu Babayev) ömrünün 83-cü ilində dünyasını dəyişdi.

16 aprel – Xalq artisti, tanınmış aktyor Rafiq Hacıbaba oğlu Əliyev 71 yaşında vəfat etdi.

22 aprel – Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Mansur Mansurov 75 yaşında dünyadan köçdü.

27 aprel – Görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi və Əməkdar elm xadimi Abuzər Alı oğlu Xələfov ömrünün 89-cu ilində vəfat etdi.

8 may – Diktor, aktrisa ("O olmasın, bu olsun" filmində Gülnaz), mədəniyyət xadimi Tamara Gözəlova-Ağamirova 80 yaşında vəfat edib.

8 may – Əməkdar rəssam Əli Verdiyev 83 yaşında vəfat etdi. 

10 iyun – Yazıçı-dramaturq, ədəbiyyatşünas, filologiya elmləri doktoru Aqşin Babayev 84 yaşında dünyasını dəyişdi.

11 iyun – Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev ömrünü 82-ci ilində başa vurdu.

17 iyun – Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov 79 yaşında vəfat etdi.

20 iyun – Filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi, ədəbiyyatşünas Hüseyn Məmməd oğlu Həşimli 55 yaşında dünyasını dəyişdi.

5 iyul – Milli Dram Teatrının aktyoru, Əməkdar artist Tofiq Hüseynov 71 yaşında vəfat etdi.

4 avqust – Avropanın opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev İtaliyanın Milan şəhərində 49 yaşında vəfat etdi.

27 avqust – Tanınmış fotojurnalist, Əməkdar mədəniyyət işçisi Fərid Xayrulin 73 yaşında əbədiyyətə qovuşdu.

27 oktyabr – Əməkdar artist, qarmon ifaçısı Etibar İsmayıl oğlu Qasımbəyli 63 yaşında vəfat etdi.

28 oktyabr – Əməkdar rəssam Faiq Nağı oğlu Abdullayev 75 yaşında dünyasını  dəyişdi.

20 noyabr – Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov 83 yaşında vəfat etdi.

20 noyabr – Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Rəşid Səməndər oğlu Rzayev 45 yaşında dünyadan köçdü.

24 noyabr – Milli Dram Teatrının aktyoru, Xalq artisti Əjdər Qüdrət oğlu Həmidov ömrünü 67-ci ilində başa vurdu.

26 noyabr – Əməkdar artist İbrahim Əsgər oğlu Əliyev ömrünün 72-ci ilində vəfat etdi.

3 dekabr – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov ömrünün 78-ci ilində vəfat etdi.

5 dekabr – Əməkdar artist, Bakı Musiqi Akademiyasının professoru Rumiyə Həmid qızı Kərimova 81 yaşında Almaniyada vəfat etdi.

20 dekabr – Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Osman oğlu Səfərov 71 yaşında dünyasını  dəyişdi.

20 dekabr – Tanınmış rəssam Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu) 65 yaşında vəfat etdi.

21 dekabr – Xalq artisti, tanınmış teatr və kino aktrisası Səfurə Ağabala qızı İbrahimova 81 yaşında vəfat etdi.

22 dekabr – Xalq artisti, xanəndə, Sabir Məhərrəm oğlu Əliyev 72 yaşında dünyadan köçdü.

23 dekabr – Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas  Kamran  İmran oğlu Əliyev ömrünün 68-ci ilində vəfat etdi.

26 dekabr – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Əhməd qızı Mustafayeva 71 yaşında vəfat etdi.

Hazırladı:  Vüqar ORXAN