Oktyabrın 26-da Şimali Kipr Türk Cümhuriyyətinin Orta Doğu Universitetində “Dədə Qorqud və keçmişdən gələcəyə türk dastanları” mövzusunda beynəlxalq simpozium işə başlayıb. Orta Doğu Universiteti və TÜRKSOY-un birgə təşkil etdiyi simpoziumda Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, İran və digər ölkələrdən nümayəndələr iştirak edir.
Simpoziuma ümumilikdə 14 türk dövləti və türk toplumlarından 50-dək iştirakçının qatıldığı bildirilir. Tədbirə Azərbaycandan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev, Bakı Dövlət Universitetindən professor Əsgər Rəsulov, Dövlət Pedaqoji Universitetindən professor Elman Quliyev və başqaları dəvət olunublar.
Simpozium çərçivəsində Berik Barisbekovun (Qazaxıstan) hazırladığı “Dədə Qorqud” sənədli filminin nümayişi və Namit Kerimbəkovun “Türk xalqlarının ortaq ədəbi əsərləri” adlı kitabının təqdimatı olacaq. Tədbir oktyabrın 27-də işini yekunlaşdıracaq.