Bu il Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin (1920-1980) 100 illiyi ölkə başçısının müvafiq sərəncamı ilə qeyd olunur. Haqq dünyasına qovuşmasından bizi 40 il vaxt ayırsa da, Həsən Seyidbəyli bu illər ərzində unudulmayıb, əsərləri daim mütaliə olunub, filmləri izlənilib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli sənətkarın 100 illiyi ilə əlaqədar “Həyatı yazan, yazdığını ekranlaşdıran sənətkar” adlı virtual sərgi tərtib edib.

Virtual sərgidə Həsən Seyidbəylinin 100 illik yubileyi haqqında sərəncam, həyat və yaradıcılığı haqqında məlumatlar, təltif olunduğu mükafatlar, görkəmli adamların onun haqqında söylədiyi fikirlərdən seçmələr, qələmə aldığı bədii və publisistik əsərlər, H.Seyidbəylinin həyat və fəaliyyəti haqqında yazılan kitablar və məqalələr, sənətkarın kino sahəsində fəaliyyətini əks etdirən kitablar, rejissoru və ssenari müəllifi olduğu filmlərdən şəkillər və videokadrlar təqdim olunur.

Sərgidə nümayiş etdirilən kitabların hər birinin elektron variantı mövcuddur və onlardan onlayn istifadə etmək mümkündür. Virtual sərgi kitabxananın sosial şəbəkə səhifələrində istifadəçilərə təqdim olunub.

İstifadəçilər virtual sərgiyə https://www.instagram.com/p/CJVXRKVhUTp/ keçidi vasitəsilə baxa bilərlər.